Naggets

Naggets

 Ərzaqlar:
Toyuq filesi – 400 qr.
Yumurta – 2 ədəd
Parmezan pendir – 200 qr.
Un – 100 qr.
Duz, istiot
Bitki yağı – 50 ml.

 

Hazırlanması:
Filelər doğranılır. Parmezan pendir narın sürtgəcdən keçirilir. Pendir çox xırda, narın, sap kimi olmalıdır. Qabda yumurta çalınır. Ayrıca boşqabda una duz, istiot qatılır. Duz çox az vurun, pendir duzludur.
Toyuq filesi əvvəlcə unda gəzdirilir, sonra yumurtaya, sonra da pendirə tam batırılır. Tavada dağ yağda qızardılır. Çalışın yüngülcə qızardasınız ki, qaralmasın, rəngi sarı qalsın. Masaya istənilən qarnirlə və ya fastfoodlarda olduğu kimi mayonez, ketçupla verilə bilər.

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər