Şeşrənc– yumurtalı plov

Şeşrənc– yumurtalı plov

Ərzaqlar:

Qarası üçün
Yumurta – 6 ədəd
Kərə yağı – 2 x.q.
Nanə - 2 sap
Qara istiot - 1 ç.q.
Duz – zövqə görə
Yaşıl soğan – 250 qr.
Tərxun – 2 sap
Baş soğan – 500 qr.
Zoğal – 200 qr.
Bitki yağı – 50 ml.

Plov üçün:
Uzun düyü – 500 qr.
Kərə yağı – 150 qr.
Zəfəran –  5 qr.

Hazırlanması:

Düyü yuyulur, qazana yarıya kimi qaynar su töküb, düyünü əlavə edir, üstünə kərə yağı qoyulub, qapaq bağlanır  və yüksək odda düyü şişib bişənə kimi qaynadılır.  Düyü süzülür, dəmə qoyulur. Üzərindən 1 xörək qaşığı qaynanmış suda dəmlənmiş zəfəran və 1 xörək qaşığı duru kərə yağı gəzdirilib, dəmə qoyulur.
Zoğal yuyulur, tumu çıxarılır, qaynar suda 20 dəqiqə islağa qoyulur. Süzülüb, püre halına salınaraq əzilir. Baş soğan halqavari, göy soğan xırda doğranılır. Tavada bitki yağı və kərə yağı qarışıq isidilir. Hər iki soğan 6-7 dəqiqə birlikdə qovrulur. Bura zoğal əzməsini qatılıb, qarışdırılır və daha 6-7 dəqiqə bişirilir.
Keçirik yumurtalara:  ağlar sarıdan ehtiyatla ayrılır. Sarılar bütov saxlanılır, ağlar isə çalınır. Çalınmış ağlar tavadakı zoğal kütləsinin üzərinə yayılır, tavanın kənarlarından mərkəzə doğru hamarlanır. Sanki zoğalın üzəri ağ örtüklə örtülür. Üzərində 6 yerdə çuxur kimi yer açılır və sarılar bura qoyulur. Üzərində tərxun, nanə, duz, istiot səpib, od üzərində 3-4 dəqiqə saxlayıb götürürsüz. Hazır plov yumru buluda çəkilir, üzəri hamarlanır və tavadakı yumurtalı kütlə ehtiyatla sürüşdürülərək taxta qaşığın köməyi ilə düyünün üzərinə qoyulur.  

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər