23 yaşlı ulduz Selena Qomez Malibuda tətilini keçirtmək üçün bahalı villa kirayələyib.
O, rəfiqələri ilə birgə getdiyi Kaliforniya səyahəti zamanı bu mülkü tapıb. Tətili qısamüddətli olsa da, rahatlığını heç bir şeyə dəyişməyən müğənni malikanənin bir gecəsinə təxminən 3 min dollar ödəyib.
Öz çimərliyi olan villanın 4 yataq otağı var. Sakit okeanın mənzərəsini izləmək üçün həftədə təxminən 25 min dollardan keçmək lazımdır.
Axşam.az