Dənizkənarı Milli Parkda 18 yaşlı qız intihar etdi - FOTO

Dənizkənarı Milli Parkda 18 yaşlı qız intihar etdi - FOTO

Fövqəladə Hallar Nazirliyi Dənizkənarı Milli Parkda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfər özünü dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər Məmmədova Həmidə Ramiz qızının cəsədini batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:53-də başa çatıb.

 

1in

2in

Bu kateqoriya üzrə digər xəbərlər