İngiltərədə cinsini dəyişərək qadın olan şəxs pasportunu dəyişmədiyi üçün, kişilər üçün olan həbsxanaya göndərilib. Yetkinlik həyatını kişi olaraq keçirən, lakin 6 il əvvəl cinsiyyətini dəyişdirən 26 yaşlı Tara Hudsonun təhlükəsizliyi sual altındadır. Dövlət qanunlarını pozan Hudsona 12 həftəlik həbs cəzası verilərək kişilər üçün olan HMP Bristol həbsxanasına göndərilib. Həkimlər Hudsonun artıq hər mənada bir qadın olduğunu söyləsə də, məhkəmə qərarını dəyişməyib.
(atv.az)