Fin alimləri qeyri-dəqiq hava proqnozlarının səbəbini açıqlayıblar.
Finlandiyanın Meteoroloji institutunun alimləri müəyyən edib ki, bu sahədə genişmiqyaslı tədqiqatlara görə, Wi-Fi sinoptiklərin proqnozlarına böyük təsir göstərir. Məsələ burasındadır ki, meteoroloji radarlar hər tərəfə müəyyən tezliyin radiodalğalarını göndərir və əks-siqnal qəbul edir.
Göndərilən və qayıdan siqnallar yağıntılar və buludların istiqaməti barədə informasiya əldə etməyə imkan verir. Eyni tezlikdə işləyən Wi-Fi və digər simsiz qurğular meteoroloji siqnallara ciddi təsir edir.
(olke.az)