Bu gün sentyabrın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 21-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 18-i ilə müqayisədə 0,0003 manat və ya 0,03% artaraq 1,0476 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0077 manat və ya 0,65% azalaraq 1,1858 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25% azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.