Ərzaq məhsulları ucuzlaşacaq?

Ərzaq məhsulları ucuzlaşacaq?

Azərbaycanda unun və çörəyin qiymətinin aşağı salınmasından sona ərzaq məhsullarının da ucuzlaşacağı gözlənilir.

Ekspertlər hesab edirlər ki, süni qiymət artımının qarşısı alınarsa, bu, qiymətlərə də öz təsirini göstərəcək. Bu baxımdan yaxın vaxtlarda ərzaq məhsullarının qiymətlərinin tənzimlənəcəyi, şişirdilmiş qiymətlərin endiriləcəyi bildirilir.

İqtisadçı deputat Əli Məsimli hesab edir ki, dövlətin süni qiymət artımının qarşısnın alınması istiqamətində gördüyü işlər qiymətlərə də təsir göstərəcək.

Millət vəkili öz açıqlamasında bildirib ki, bazarda qiymətlərin tənzimlənmsi istiqamətində ciddi işlər görülür.

"Xaricdən gətirilən məhsulların qiymətində süni şəkildə bahalaşma olsa da, dövlət bunun qarşısını almaq üçün kompleks tədbirlər görür. Hansı məhsulların qiymətinin süni şəkildə artırıldığını bilmək üçün monitorinqlər genişləndirilməli, sərt cəzalar tətbiq edilməlidir. Hazırki durumda bütün bazarı tənzimləmək mümkün deyil. Bu baxımdan dövlət pensiyalar, təqaüdlər, müavinətləri artırılmaqla düzgün addım atdı.

Dövlət yalnız strateji məhsulların qiymətinə müdaxilə edə bilər. Bazar iqtisadiyyatı olduğundan digər məhsulların qiymətinə dövlət tərəfindən müdaxilə edilmir".

Qeyd edək ki, prezident İlham Əliyevin süni qiymət artımı ilə bağlı ciddi tapşırığından sonra bir çox yerlərdə qiymətlərdə ucuzlaşma hiss olunur.

Süni qiymət artımı daha çox bölgələrdə yaşandığından, bunun qarşısını almaq üçün xüsusi komissiyalar yaradılıb.

Bu kateqoriya üzrə digər xəbərlər