Alma və çuğundur salatı

Alma və çuğundur salatı

Qırmızı lobya – 200 qr.
Sirkə - 1-2 x.q.
Çuğundur – 2 ədəd
Alma – 2 ədəd
Zeytun yağı – 2 x.q.
Duz – istiot

Hazırlanması:
Qırmızı lobya ilə çuğundurları bişirirsiniz. Çuğundurun qabığını təmizləyirsiniz, xırda kub formasında doğrayırsınız. Almaların qabığı soyulur, tumları çıxarılır. Kub formasında doğranılır. Hamısını qarışdırırsınız. Üzərinə sirkəni, zeytun yağını, duz-istiotu vurursunuz.

Salat hazır, nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər