Badımcan kotleti

Badımcan kotleti

Ərzaqlar:
Badımcan – 1 kq.
Sarımsaq – 4 diş
Soğan – 1 ba.
Un – 1/3 st.
Pomidor – 3 ədəd
Çörək – 200 qr.
Duz, istiot, kəklikotu, cəfəri, göyərtilər – zövqdən asılı olaraq.

Hazırlanması:
Əvvəlcə badımcanları tavada və ya duxovkada pörtlədirik (kabab kimi). Sobada ediriksə, 180 dərəcədə 25 dəqiqə bişməlidir. Sonra qabığını soyuruq. Çəngəllə əzirik.
Pomidor, baş soğan xırda doğranılır, bir qaba tökülür, üzərinə çörək, sarımsaq da əlavə edilir və blenderdən keçirilir. Sulu kütlə alındığı üçün onu sitadan süzürük. Sitada qalan pomidorlu kütləni dərin qaba tökürük, üzərinə əzilmiş badımcanları, unu, ədviyyatları əlavə edirik və yaxşıca qarışdırırıq. Sonra əlimizlə hissə-hissə götürüb kotlet forması veririk və bitki yağında hər iki üzü qızarana kimi bişiririk.

 

Məmbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər