Çeburek

Çeburek

Ərzaqlar:
Qatıq – 50 ml.
Su – 1 stəkan
Yumurta – 1 ədəd
Un – 400 qr.
Marqarin yağ – 50 qr.
Ət farşı – 200 qr.
Baş soğan – yarısı
Göyərti
Bitki yağı – 20 ml.
Duz, istiot – zövqə görə

Hazırlanması:
Qatığa su qatılıb qarışdırılır, duz vurulur. Bura bir yumurta qatılır. Bura unun yarısı ələnir və qarışdırılır. Marqarin əridilir, elə isti halda xəmirə əlavə olunub yoğrulur və qalan un da qatılır. Xəmir yumşaq olmalıdır. Onu salafana büküb soyuducuda yarım saat saxlayırıq.
Xəmirdən kündələr düzəldilir, yayılır. Ət farşına çəkilmiş soğan, duz, istiot, zövqə görə göyərti qatıb qarışdırırsız. Ət içliyindən çeburekinin içinə qoyub qatlayır və kənarlarına çəngəllə forma veririk. Tavada bol yağda ikitərəfli qızardılır. Çeburekiləri sousla, ketçupla yeyə bilərsiz. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər