Ərzaqlar:
on hissəyə ayrılmış 1 toyuq
1.5 çay qaşığı duz
3 / 4 çay qaşığı qara istiot
2 xörək qaşığı zeytun yağı
1 iri doğranmış böyük baş soğan
1 iri doğranmış şirin yaşıl bibər
5 ədəd mixək
1.2 stəkan qırmızı quru çaxır
300 q əzilmiş pomidor
Qarnir:
qaynadılmış düyü, yaxud spagetti
Hazırlanması:
Əvvəlcə toyuq tikələrini yuyub qurulayın. Sonra isə hər iki tərəfini istiotlayın. Ardınca, dərin tavada yağı qızdırıb, toyuqları hər iki tərəfi qəhvəyi çalar alana qədər qızardın (Hər partiyanın qızarmasına 8 dəqiqə vaxt lazım olacaq). İndi, toyuqları boşqaba yığmaq olar. Bundan əlavə, soğan, bibər, sarımsaq və çaxırı ayrıca kiçik tavada az odda pörtlətmək lazımdır. Maye iki dəfə azalana qədər qaynadın. Bu, bir neçə dəqiqənizi alacaq. İndi isə oraya pomidor əzməsi və toyuğu əlavə edin. Qapağını bağlayın və qaynamasını gözləyin. Bundan sonra, qazın odunu azaldın, amma qarışığı daha 10 dəqiqə pörtlədin. Bu müddət ərzində düyü, makaron və ya istənilən digər qarniri qaynatmaq olar.
Mənbə: Sufrem.az