Pryanikdən tort

Pryanikdən tort

Ərzaqlar:

Şokoladlı (qəhvəyi) pryanik – 500 qr.
Qənd kirşanı – 100 qr.
Xama – 500 qr.
Banan – 3 ədəd
Qoz ləpəsi – dekor üçün

Hazırlanması:

Pryaniklər 2 hissəyə bölünür. Bananlar dairəvi doğranılır. Xama ilə qənd kirşanı qarışdırılır. Iri boşqaba qida plyonkası sərilir. Hər pryanik hissəsini xamalı kremə bolluca batırıb. Boşqaba qoyur və beləcə lay yığılır. Layın üzərinə yenə də bir az krem çəkib, banan dairələri düzülür. Üzərindən yenə də kremli pryanik layı yığılır. Tort gecədən səhərə kimi soyuducuda saxlanılır. Səhər isə boşqab digər boşqaba çevrilir. Altda qalan plyonka çıxarılır. Tortun üzərinə şokolad qırıntısı və qoz səpilir.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər