Təbii konfet

Təbii konfet

Ərzaqlar:

Ərik qurusu – 100 qr.
Kişmiş – 100 qr.
Xurma qurusu – 100 qr.
Qoz ləpəsi – 80 qr.
Portağal – yarısı
Bal – 2 ç.q.
Qənd kirşanı və ya kokos tozu

Hazırlanması: Quru meyvələr yuyulur, üstünə isti su alınıb, 15 dəqiqə saxlanılır. Sonra suyu süzülür, özləri salfet arasında qurudulur.
Qoz ləpəsindən 20 qr. götürülüb bıçaqla xırdalanır. Qalan qoz və çərəzlər ət çəkəndən keçirilir.
Portağal kəsilir, yarısının şirəsi sıxılır.  Qoz və quru meyvə çəkilmişinə bu şirə və 2 çay qaşığı təmiz bal qatılıb qarışdırılır. əlinizi soyuq suda isladaraq, bu kütlədən xırda-xırda götürüb, konfet şarikləri hazırlayın. Hər şarik qoz ovuntusunda gəzdirilib, üzərinə qənd kirşanı səpilir. Konfetlər bir qaba aralı-aralı yığılıb, soyuducuda 1 saat saxlanılır.

 

Mənbə: Sufrem. az

Bu kateqoriya üzrə digər xəbərlər