Rusiyada yaşlı qadını mağazada “nokaut” etdilər – VİDEO

Rusiyada yaşlı qadını mağazada “nokaut” etdilər – VİDEO

Rusiyanın Sızran şəhərində polis əməkdaşları mağazada təqaüdçü qadını mağazada qəddarcasına döyən kişini axtarır.

Oxu.Az lifenews-a istinadən xəbər verir ki, video müşahidə kameraları ilə qeydə alınan hadisə sentyabrın 5-də “Pyateroçka” mağazasında baş verib. Hadisə hüquq-mühafizə orqanlarının diqqətini isə video İnternetdə yayıldıqdan sonra çəkib.  

Kadrlarda kassanın yanında duran cavan oğlanın yaşlı qadının üzünə yumruqla necə vurduğu görünür. Güclü zərbədən qadın bir qədər aralı yerə yıxılır. 

Hadisənin şahidləri onun üçün təcili yardım çağırıblar. Naməlum şəxs isə qadına vurduğu zərbədən sonra heç nə olmamış kimi mağazadan çıxıb gedib.

Yaşlı qadının vurulmasının səbəbləri məlum deyil. Videoyazıda insanlar bir-biri ilə danışmırlar, hətta bir-birinə baxmırlar belə. Amma aralarındakı gərginlik hiss edilir. Çox güman ki, mübahisə ticarət zalında baş verib.

Şahidlərin sözlərinə görə, zərbədən sonra qadına çənə-üz əməliyyatı etmək və güclü beyin silkələnməsindən müalicə olunmaq lazım gəlib.

DİN-dən bildirildiyi kimi, yaşlı qadını vuran kişinin kimliyi hələ müəyyən edilməyib. İndi onu polis əməkdaşları axtarır. Fakt üzrə artıq yoxlamalar aparılır.

Bu kateqoriya üzrə digər xəbərlər