“Fənərbaxça”nın futbolçusu İngiltərə Premyer Liqasında

“Fənərbaxça”nın futbolçusu İngiltərə Premyer Liqasında

“Fənərbaxça”nın futbolçusu Emanuel Emenike karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, nigeriyalı hücumçu “Vest Hem”lə anlaşıb.

Baş məşqçi Slaven Biliçin xüsusi istəyi nəticəsində “çəkicdöyənlər”ə qoşulan Emenike mövsümün sonuna kimi icarə əsasında bu kluda çıxış edəcək.

Qeyd edək ki, afrikalı futbolçu daha əvvəl Səudiyyə Ərəbistanının “Əl Əyn” klubunda icarədə idi.

Bu kateqoriya üzrə digər xəbərlər