Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti proqnozlaşdırılır. 

Sabah Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hiss yarada bilər. Yanvarın 23-də mülayim xəzri küləyinin əsməsi və iqlim normasına yaxın iqlim şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. 

Azərbaycanın rayonlarında əsasən, yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. 

Bu kateqoriya üzrə digər xəbərlər