Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” - “Tottenhem” oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək V turun matçına yunanıstanlı hakimləri göndərəcək.
Qarşılaşmanın baş hakimi Anastasios Sidiropulos olacaq. Ona Damianos Eftimiadis və Polkronis Kostaras kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lazaros Dimitriadis yerinə yetirəcək. Əlavə hakim köməkçiləri isə Mixael Kukulakis və Stavros Tritsonis olacaqlar.
UEFA nümayəndəsi kimi Bakıya isveçrəli Kristian Mutşler gələcək.
Qeyd edək ki, Sidiropulos 2010-cu ildə UEFA Kubokunda “Buduçnost” – “Bakı” (1:2) və 2012-ci ildə 21 yaşlılar arasında Azərbaycan – İngiltərə oyununda 4-cü hakim olub.