Tanınmış aparıcı dünyasını dəyişdi

Tanınmış aparıcı dünyasını dəyişdi

Bir müddətdir, xərçəng xəstəliyindən müalicə olunan Türkiyənin tanınmış aparıcısı Seval Akbaba dünyasını dəyişib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, TRT-də “Sokak lezzetleri” verilişini aparan Seval səhər saatlarında keçinib. Aparıcının ölümü barədə məlumatı sosial şəbəkədə prodüser Tunahan İlbars onunla birlikdə olan fotosunu paylaşaraq yayıb:

“Bir neçə il əvvəl həyatıma daxil oldu. Əvvəlcə aparıcım idi. Sonra dostum, can yoldaşım və sirdaşım oldu. Bu gün bacımı itirməyin dərin kədərini yaşayıram. Seval tanıdığım ən təmiz, dürüst, yaxşı insanlardan idi. “Qanadsız mələk” idi. Deyiləsi o qədər sözüm var ki... Səni həmişə bu fotodakı kimi xatırlayacağam. Səni çox sevirəm...”.

 

 

 

tulhan

Bu kateqoriya üzrə digər xəbərlər