"Zika" virusuna yoluxmamaq üçün mavi geyinməyin

Tropik ölkələrə səfər edərkən “Zika” virusuna yoluxmamaq üçün banan yeməkdən və mavi rəngli geyimlərdən imtina edin.
 
Bunu Moskva Dövlət Tibb-Stomatologiya Universitetinin İnfeksion xəstəliklər kafedrasının professoru Nikolay Malışev bildirib.

O deyib ki, isti və tropik ölkələrdə infeksiya yaymaq qabiliyyətli qansoran həşəratların sayı coxdur. Belə həşəratları mavi rəngli geyimlər və bananın iyi cəlb edir. Həşəratlar insanların üstünə açıq təbiətdə və araqaranlıqda daha çox qonur.

N.Malışev bildirib ki, virusa qoruyuculardan istifadə etmədən cinsi əlaqə və qan köçürmələri zamanı da yoluxmaq mümkündür.

Xəstəliyin simptomları hətta 2 il keçdikdən sonra özünü büruzə verə bilər. Daşıyıcı virusa yoluxduğundan xəbərsiz ola bilər.

Xatırladaq ki, "Zika" virusuna yoluxma keçən ilin may ayında yalnız Braziliyada qeydə alınmışdı. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusa yoluxma müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq. Bu ilin fevral ayında Rusiyada ilk dəfə olaraq "Zika" virusu qeydə alınıb.

Trend

Bu kateqoriya üzrə digər xəbərlər