Tərkibi: un - 70 qram, kərə yağı - 60 qram, şəkər - 120 qram (qəhvəyi şəkər də olar), yumurta - 1 ədəd, vanil ekstraktı - 0,5 çay qaşığı və ya bir paket vanil şəkəri, təzə sıxılmış limon şirəsi - 1 çay qaşığı, küncütü toxumu - 160 qram, qabartma tozu - 0,5 çay qaşığı, duz - 0,5 çay qaşığı. Hazırlanması: Unu, qabartma tozunu və duzu qarışdırın. Yumşalmış yağı şəkərlə qarışdırın. Sonra yumurta, vanil və limon şirəsi əlavə edib mikserlə 20 - 30 saniyə çalın. Unun kiçik porsiyalarla bu kütləyə əlavə edin. Qaşıqla küncütü xəmirə qatın. Onu əvvəlcədən qızartmaq olar. Sobanı 180 dərəcə isidin. Çörək kağızının (sobada bişirilən bişinti məhsulları üçün xüsusi ağ kağız) üzərinə 1 çay qaşığı xəmirdən kökə formasında qoyun. Peçenyelər arasında 3-4 sm məsafə olmasına diqqət yetirin. Ölçüsündən asılı olaraq 8 - 15 dəqiqəyə bişir. Diqqətli olun ki, yanmasınlar. 6 dəqiqə sonra digər tərəfə çevirmək olar.