"Roma"nın yayda transferini həll etdiyi braziliyalı Jerson Santos komandanın heyətinə qoşulub. 19 yaşlı yarımmüdafiəçi paytaxt klubuyla 5 il müddətinə müqavilə imzalayıb. Jersona görə 17 milyon avro ödənilib. Yaxın günlərdə "Roma" yarımmüdafiəçinin taleyinə aydınlıq gətirəcək. Klub onu icarəyə göndərmək istəsə də, Jersonun atası onun Romada qalıb məşq etməyini istəyir.
Jersonun son klubu "Fluminense" olub.
(goal.az)