Azərbaycanda evsiz gənc və gənc ailələr qalmayacaq. Onlara sosial yönümlü evlərin verilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Xəzər Xəbər-ə açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.
Onun sözlərinə görə, layihə artıq hazır olsa da, hazırda onun icra mexanizmi araşdırılır.
Gənc ailələrin və gənclərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı uzun müddətdir hazırlanan qanun layihəsi nəhayət ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradovun sözlərinə görə, layihə gənclərə və gənc ailələrə sosial yönümlü evlərin verilməsini nəzərdə tutur. Hazırda araşdırma mərhələsində olan prosesdə , daha çox Skandinaviya ölkələrinin təcrübəsi öyrənilir. Burada gənclərin mənzil problemi “1 milyon məqsəd” layihəsinin həyata keçirilməsi ilə həll olunub. Yəni dövlət 1 mln. mənzil tikərək, gənclərə uzunmüddətli kirayə verib.
Yəni elə sosail ev fəlsəfəsinə uyğun olaraq, gənc ailə heç bir ilkin ödəniş etmədən, ayda kiçik məbləğdə vəsait ödəməklə, müəyyən müddətdən sonra evin sahibinə çevrilir.
Fuad Muradovun sözlərinə görə, ilkin olaraq məqsəd kimi, qanunvericiliyə “sosail evlər” anlayışının daxil edilməsi durur. Bundan sonra gənc və gənc ailələrin yaş məhdudiyyəti , eyni zamanda gənc ailə terminin mahiyyəti də dəqiqləşdirilməlidir. Çünki hazırda Azərbaycan qanunvericiliyinə uyğun olaraq gənc , yaşı 29 - a qədər olanlara , gənc ailələr isə yaşı 35 qədər olanalara deyilir. Amma yanaşma fərdi olmalıdır. Çünki ola bilsin ki, insanlar 35 yaşda evləniblər, amma proses təzəlikcə baş verdiyindən onları da gənc, yəni yeni ailə adlandırmaq olar. Sosial evlərə hüququ olanların qruplara bölünəcəyi nəzərdə tutulur.