Azərbaycanın gənc sərbəst güləşçisi Turxan Qurbanov 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.Qərara 20 yaşlı pəhləvanın 2015-ci ilin iyununda Türkiyənin İstanbul şəhərində 96 kq çəki dərəcəsində 5-ci yeri tutduğu gənclər arasında Avropa çempionatında dopinq-testdən imtinası səbəb olub.
Turxan Qurbanov ölkədaxili və beynəlxalq turnirlərdəki nailiyyətləri ilə yanaşı, 2014-cü il dünya çempionatının bürünc mükafatçısı olub.
Goal.az