Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza ötən gün axşam saatlarında Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisində, Bakı-Qazax magistralından 15 kilometr aralıda - Hacıqabul Suvarma Sistemləri İdarəsinin nasos stansiyası yaxınlığında baş verib.
Şirvan sakini, 36 yaşlı Rəşad Seyidzadə oğlu Abbasov idarəetməni itirməsi nəticəsində avtomobil su nohuruna aşırıb. Nəticədə sürücü boğularaq hadisə yerində ölüb.Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Rəşad Abbasov 2010-cu ildə kişilər arasında keçirilən boks yarışı üzrə respublika çempionu olub. O, əvvəllər Şirvan Gənclər və Turizm İdarəsinin müdiri vəzifəsində çalışıb.