6 dəqiqəyə hazır olan cemli rulet

6 dəqiqəyə hazır olan cemli rulet

Ərzaqlar:

Un – 60 qr.
Şəkər tozu – 55 qr.
Duz – 1 çimdik
Qabartma tozu – 2 ç.q.
Yumurta – 2 ədəd
Cem – 5 x.q.
Qənd kirşanı

Hazırlanması:

Əvvəlcə reseptdəki ilk 4 ərzaq qarışdırılır, sonra 2 yumurta da əlavə olunur və bərabər kütlə alınana kimi qarışdırılır. Soba üçün forma hazırlanır, perqament salınır, yağlanır. Bura xəmir bərabər formada yayılır və 180 dərəcə qızdırılmış sobada cəmi 6 dəqiqə, xəmirin üzəri qızarana kimi bişirilir.
Xəmir bişənə kimi metallik qazançada rulet üçün istədiyiniz cemi azca qızdırın.
Elə ki, sobadan ruleti çıxardız, kağızı çıxarırsız, xəmirin üzərinə isti cemi çəkib, rulet kimi bükülür və üzərinə qənd kirşanı səpilir. Rulet 15 dəqiqəik kənarda soyudulur və süfrəyə verilir.

Mənə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər