Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə qrup mərhələsini adlayan 16 komanda 8 cütlük təşkil edib.
Ümumilikdə 10 ölkə təmsilçisinin iştirak edəcəyi 1/8 final mərhələsinin ilk qarşılaşmaları 16-17 və 23-24 fevralda baş tutacaq. Cavab görüşləri isə 8-9 və 15-16 martda keçiriləcək.
1/8 final mərhələsi:
“Gent” (Belçika) – “Volfsburq” (Almaniya)
“Roma” (İtaliya) – “Real” (İspaniya)
PSJ (Fransa) – “Çelsi” (İngiltərə)
“Arsenal” (İngiltərə) - “Barselona” (İspaniya)
“Yuventus” (İtaliya) - “Bavariya” (Almaniya)
PSV (Hollandiya) - “Atletiko” (İspaniya)
“Benfika” (Portuqaliya) - “Zenit” (Rusiya)
“Dinamo” (Ukrayna) - “Mançester Siti” (İngiltərə)
(oxu.az)