Polis özü özünə cərimə yazdı

Polis özü özünə cərimə yazdı

Norveçdə bir polis məmuru xilasedici jilet geyinmədiyi üçün özü özünə 500 Norveç Kronu cərimə yazıb.

Ölkə.Az Türkiyə mediasına istinadən xəbər verir ki, polis Arne Stavnes ölkənin şimlında Tyrifjorden gölündə yerləşən Utoya adasında xidmət göstərir. O, motorlu qayıqla adanın ətrafında dövrə vurarkən iş yoldaşları şəklini şəkib internetə yerləşdirib.

Sosial şəbəkə istifadəçiləri onun xilasedici jilet geyinmədiyini yazdıqlarına görə polis də özü özünə cərimə yazıb və bu barədə internetdə məlumat verib.

 

Bu kateqoriya üzrə digər xəbərlər