Yunan qabağından omlet

Yunan qabağından omlet

Ərzaqlar:

Yumurta – 4 ədəd
Yunan qabağı – 2 ədəd
Süd – 1 st.
Bərk pendir – 100 qr.
Un – 1 x.q.
Sarımsaq – 2 diş
Pomidor – 1 ədəd
Göyərti – istənilən – 50 qr.

 

Hazırlanması:

Yunan qabaqları sürtgəcin iri gözündən keçirilir. Üzərinə əzilmiş sarımsaq tökülür, duz vurulur.
Ayrıca bir qabda südə yumurta, un vurulur, duz səpilir və qarışdırılır.
Soba üçün olan şüşə forma yağlanır, yunan qabaqları tökülür, üzərinə də südlü qarışıq süzülür. Üzərinə xırda doğranmış pomidor, göyərti, sürtgəcdən keçirilmiş pendir səpilir. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30 dəqiqə bişirilir. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər