Almalı asan pay

Almalı asan pay

Ərzaqlar

5 ədəd qırmızı alma

6 yemək qaşığı şəkər tozu

 1 yemək qaşığı darçın

 Qoz və ya fındıq

 6 yarpaq paxlavalıq yuxa

 İstəyə görə quru üzüm

 1 yemək qaşığı kərəyağı

Hazırlanması: Almaları soyub kvadrat şəklində doğrayib, qazana qoyub üzərinə şəkəri əlavə edib bişirin. Kərəyağını əridin.  Soba qabına 1 qat yuxa yerləşdirib ərimiş kərəyağıyla yağlayın. Bu şəkildə üç qat düzəldin .Daha sonra bişən almaların üzərinə darçını  töküb, qarışdırın.  Yuxaların üzərinə əlavə edin.  Üzərinə qoz  və ya fındığı əlavə edin, eyni şəkildə 3 qat yenə yuxa düzəldin. Ən üstdəki yuxanın üzərini fırça ilə yağlayib, 180° isidilmiş sobada üzəri qızarana qədər bişirin (təxminən 30 dəqiqə) . bişəndən sonra üzərinə şəkər kirşanı əlavə etmək olar. 

Mənbə: metbexdenxeberler.com

Bu kateqoriya üzrə digər xəbərlər