Yeni ayaqqabılar ayağın formasını tam alacaq - FOTO

Yeni ayaqqabılar ayağın formasını tam alacaq - FOTO

Yapon fantaziyasının sonu yoxdur. Hər sahədə olduğu kimi dəb industriyasında da bu qanun keçərlidir. Yapon dizaynerinin təqdim etdiyi bu ayaqqabı da sözlərimizi təsdiqləyir. Dizayner Masaya Himisito bir ayaqqabının ayağa tam "oturması"nın və bütünlüklə formasına uyğunlaşmasının yolunu tapıb. 

Mağazada aldığımız ayaqqabılar hətta ayağımızın ölçüsünə uyğun olsa da, müəyyən narahatlıqlara səbəb ola bilir. Buna diqqət edən dizaynerin yaratdığı bağsız ayaqqabılar tam ayağa sarılır və onun formasına uyğunlaşır.

Artıq çox böyük maraq doğurmuş bu ayaqqabıları Yaponiyada satışa çıxarıblar. Ayaqqabıların qiyməti 140$-dır. 

ayaq2

ayaq3

pahoo.az

 

Bu kateqoriya üzrə digər xəbərlər