Yuxusuzluqdan əziyyət çəkənlər üçün 60 saniyəlik üsul

Yuxusuzluqdan əziyyət çəkənlər üçün 60 saniyəlik üsul

Bir çox insan yatağına uzandıqdan sonra gec yuxuya getməkdən şikayətlənir. Əlbəttə ki, gec yuxuya getmək xəstəlik deyil, lakin bir çox problemlərlə bağlı ola bilər. Əgər heç bir probleminiz yoxdursa, lakin gec yuxuya getmək sizdə vərdiş halına çevrilibsə, Aile.lent.az sizə tez yuxuya getməyin yollarından danışacaq. Təqdim etdiyimiz vasitələrlə 60 saniyə içində yatacaqsınız. Sınaya bilərsiniz.

İlıq süd içə, isti duş qəbul edə, kitabınızı səhifələyə bilərsiniz. Bunların heç biri yuxunuzun gəlməsinə kömək olmadısa, daha bir üsula cəhd edin.

Bu üsul 4-7-8 texnikası adlanır. İddialara görə, bu üsulla 60 saniyəyə yatmaq mümkündür. Edəcəyiniz şey çox sadədir:

1. 4 saniyə ərzində burnunuzdan nəfəs alın.
2. Nəfəsinizi 7 saniyə saxlayın.
3. Nəfəsinizi 8 saniyədə ağzınızdan verin.
4. İlk üç addımı 3-4 dəfə təkrarlayın.

Deyilənə görə, bu üsul ciyərləri daha çox oksigenlə doldura bilir, bu əlavə oksigen də parasimpatik sinir sistemini sakitləşdirir.

Bu metodu inkişaf etdirən amerikalı həkim Andrev Veill rahatlaşdırıcı təsiri səbəbindən üsulun eyni zamanda narahatlıqlara da yaxşı təsir edə biləcəyini bildirib. (lent.az)

Bu kateqoriya üzrə digər xəbərlər