Tərkibi: 500 qr kartof, 10 toyuq budu, 200 qr xama, ədviyyatlar, 50 qr sürtgəcdən keçirilmis pendir, bitki yagı, göyərti. Hazırlanması: Kartofu həlqə formasında doğrayın, duz-istiot vurun, bitki yağı əlavə edilmiş soba tavasına düzün. Xama ilə ədviyyatları qarışdırın. Toyuq budlarına xamalı sousda sürtün və kartofun üzərinə qoyun. Üstünə sürtgəcdən keçirilmiş pendir səpin. 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Hazır xörəyin üzərinə göyərti səpin.