Bulkada jülyen
Ərzaqlar: (4 porsiya üçün)
Toyuğun bud hissəsi – 1 ədəd
Bulka – 4 ədəd
Soğan – 2 baş
Xama – 6 x.q.
Un – 2 x.q.
Holland pendiri – 200 qr.
Hazırlanması:
Toyuğun bud hissəsini qaynadırıq.
Soğanı xırda-xırda doğrayırıq. Tavada azca pörtlədirik. (qızartmaq olmaz!) Un əlavə edib, yaxşıca qarışdırıb, oddan götürürük.
Bulkanın “qapağını” kəsib götürürük və içini ovuruq. Onun içinə soğanı, xırdalanmış toyuq ətini və ədviyyatları əlavə edirik. Üstünə xama çəkirik. Holland pendirini sürtgəcdən keçirib üstünə səpirik.
Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 15 dəqiqə bişiririk. Nuş olsun!
Mənbə: Sufrem.az