Türkiyənin tanınmış aktrisalarından olan Tomris İncer vəfat edib.
APA-nın “Milliyet”ə istinadən xəbərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkən 67 yaşlı aktrisa bu gecə ölüb.
Qeyd edək ki, 1948-ci ildə Bolqarıstanda anadan olan Tomris İncer müxtəlif film və seriallarda oynayıb, o cümlədən Azərbaycanda da çox məşhur olan “Min bir gecə” serialında qaynana rolunu canlandırıb.
Tomris İncər Azərbaycanda çəkilən “Mahmud və Məryəm” filmində də rol alıb.