"Real"dan futbolçuya 80 milyon

"Real Madrid" hücum xəttinə yeni nəfəs gətirmək niyyətindədir. Goal.az "Daily Star"a istinadən xəbər verir ki, klub prezidenti Florentino Perez Benzemanın əvəzinə "Bavariya"nın hücumçusu Robert Levandovskini transfer etməyə çalışır.

"Kral klubu" ona görə 80 milyon avro təklif etmək istəyir. "Bavariya"nın yeni baş məşqçisi Karlo Ançelotti isə idarə heyətinin qarşısına Levandovskini başqa kluba satmamaq şərtini qoyub. Polyak forvarda "Manchester City" və "Manchester United" də iddia edir. O, Münhen təmsilçisi ilə müqaviləsini 2021-ci ilə kimi yeniləmişdi. Hücumçu "Bayern"də 61 oyuna 44 qol vurub.

Bu kateqoriya üzrə digər xəbərlər