Tərkibi: yarım kilo paxla, 100-150 qram qaxac, 2 baş soğan, 3 ədəd uzun bibər, 1 ədəd pomidor, 2 yemək qaşığı kərə yağı, 2 yemək qaşığı duru yağ, 1 çay qaşığı acı bibər tomat, 1 xörək qaşığı pomidor tomato, duz, pul bibər. Hazırlanması: Lobya axşamdan təmizlənib suya qoyulur. Səhər qaynadıb suyu dəyişmədən 1 gecə saxlanılır. Yeməyi hazırlamağa başlayanda suyunu süzüb yenidən yuyulur. Üzərinə su əlavə edib yumşalana qədər bişirilir. Suyu tökərkən diqqət edin: su 3 barmaq hündürlüyündə paxlanın üstünə çıxmalıdır. Paxla qaynamağa başladıqda odunu azaldıb yumşalana qədər həmin odda bişirin. Paxlalar bişərkən soğanlar kubik şəklində doğranır və tavada 2 yemək qaşığı bitki yağında qovrulur. Soğanlar qızaranda bibər tomatı, pomidor tomatı, duz və qırmızı istiot əlavə edilir. Bir az da qovurduqdan sonra yumşalmış paxla əlavə edilir. 15-20 dəqiqə bişirdikdən sonra qurudulmuş ət dilimlənərək kərə yağı ilə birlikdə yeməyə əlavə edilir. Daha sonra üzərinə dilim-dilim kəsilmiş bibər və pomidorlar düzülür. Qapağı örtüb 5-10 dəqiqə zəif odda bişirin.