Tərkibi:
200 qram peçenye (qadın barmaqları)
2- 3 xörək q. konyak
0,5 su stəkanı dəmlənmiş tünd kofe
400 qram yağlı qaymaq
2-3 xörək q. kakao tozu
2-3 xörək q. şəkər tozu
300 qram albalı (təzə və ya konservləşdirilmiş)
125 qram tünd şokolad
Hazırlanması:
Dərin bir qab götürün və içinə yağlı kağız qoyun 5 dənə peçenyeni hər tərəfinə hopmaq şərti ilə əvvəlcə konyakda sonra kofedə isladın. Qabın yerinə və divarlarına düzün.
Qaymağı yaxşı mikserlə çalın.
2 hissəyə bölün.
Bir hissəyə kakao, şəkər tozu, digərinə albalını (tumu təmizlənmiş, yarı bölünmüş) əlavə edin.
2 növ kremi qat-qat peçenyelərin üstünə qaşıqla qoyun.
Qalan peçenyelərli əvvəlcə konyakda sonra kofedə isladıb kremin üstünü bağlamaq şərti ilə düzün.
12 saat soyuducuda saxlayın.
Soyumuş tiramusunu qablara qoyub üzərinə şokolad və albalı düzə bilərsiniz.
Mənbə: Dadlı.az