Toyuq çığırtma şorbası.

 Toyuq çığırtma şorbası.

Ərzaqlar:

Toyuq – 1 ədəd
Yumurta sarısı – 5 ədəd
Baş soğan – 250 qr.
Üzüm sirkəsi – 50 ml.
Ərinmiş yağ – 100 qr.
Ədviyyatlar: duz, yumru qara istiot, dəfnə yarpağı
Göyərti – zövqdən asılı olaraq

Hazırlanması:

Toyuq doğranılır, yuyulur, üzərinə su alınıb və qaynadılır, kəfi yığılır. Bütün ədviyyatları vurulur. Toyuq bişənə kimi baş soğanlar xırdalanır, ərinmiş yağda qızardılır. Ətin bişməyinə az qalmış qazana tökülür və 5-10 dəqiqə qaynadılır.
Bir qabda yumurta sarıları, duz, sirkə qarışdırılır.
Şorbanı oddan götürən kimi elə üzərinə bu yumurtalı qarışığı tökürük və qarışdırırıq. İstəkdən asılı olaraq göyərti də səpə bilərsiz.

Mənbə: Sufrem. az

Bu kateqoriya üzrə digər xəbərlər