Labne pendirli, meyvəli şirniyyat

Labne pendirli, meyvəli şirniyyat

Tərkibi:
5 yumurta
10 yemək qaşığı toz şəkər
10 yemək qaşığı un
1 paket vanil
1 paket qabartma tozu
1 rəndəlnmiş limon qabığı
yarım limon suyu

Kremi üçün:
1 litr süd
3 yemək qaşığı un
2 yemək qaşığı nişasta
1 su stəkanı şəkər tozu
1 paket vanil
200 gr labne pendiri
Araları üçün banan və şaftalı dilimləri

Hazırlanması:
Sobanı 180 dərəcədə isidin.
Yumurta və şəkəri qabarana qədər qarışdırın.
İçinə limon qabığı və limon və limon suyunu əlavə edin.
Un,vanil və qabartma tozunu ələyib yavaşca qarıştırın.
Yağlanmış soba qabına boşaldıb sobaya qoyun.
45 dəqiqə bişirin (kürdanla yoxlayın) Kremi üçün süd, un, nişasta və şəkəri bir qazana töküb ocaqda bişirin.
2-3 dəqiqə qaynayanda ocaqdan alıb içinə vanili əlavə edin.
Tamam soyuması üçün bir kənarda saxlayın.
Kreminin içinə labneni əlavə edib mikserlə 5-7 dəqiqə qarışdırın.
Bişən keksi ortadan ikiyə kəsin.
Bir parçanı servis boşqabına qoyub üzərinə meyvələri yerləşdirin.
Meyvələrin üzərini krem ilə örtüb digər keks parçasını üzərinə örtün.
Qalan krem ilə tortu örtüb bu şəkildə 3-5 saat saxlayın.
Servis etmədən öncə üzərini meyvələr ilə bəzəyin.

Nuş olsun!

Mənbə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər