Toyuq ciyərindən paştet

Toyuq ciyərindən paştet


Ərzaqlar:
Toyuq ciyəri – 800 qr.
Kök – 4 ədəd
Baş soğan – 4 ədəd
Kərə yağı – 100 qr.
Quru reyhan
İstiot
Duz

 

Hazırlanması:
Soğanları təmizləyib, xırda-xırda doğrayırsınız. Kökü də təmizləyib, sürtgəcin iri gözündən keçirirsiniz. Hər ikisini kərə yağı tökülmüş tavada qızardırsınız. Yerdə qalan kərə yağı ilə başqa bir tavada toyuq ciyərlərini bişənə kimi qızardırsınız, üzərinə quru reyhanı, duz-istiotu əlavə edib, yaxşıca qarışdırırsınız və oddan götürürsünüz.
Sonra bütün ərzaqları blenderin qabına töküb, yaxşıca əzirsiniz. Soyuducuya qoyursunuz ki, özünü tutsun. Dadına bir qədər şirinlik qatmaq üçün blenderdən keçirməzdən əvvəl ərzaqların içinə qaynanmış yumurta da əlavə edə bilərsiniz. Həmçinin zövqə görə fıstıq da qatmaq olar. Formasına gəlincə isə, rulet formasında istəyirsinizsə, yayıb, içinə kərə yağı qoyub, bükə bilərsiniz və ya sadəcə piroq formasında boşqaba qoya bilərsiniz. Unutmayın ki, soyuducuda nə qədər çox qalarsa, bir o qədər yaxşı alınar. Nuş olsun! 

 

Mənbə: Sufrem.az    

Bu kateqoriya üzrə digər xəbərlər