Kokos tortu.

Kokos tortu.

Ərzaqlar:
Kreker peçenyesi – 2 paket
Kokos qırıntıları – 200 qr.
Süd – ½ litr
Kərə yağı – 200 qr.
Şəkər tozu – ¾ st.
Vanilin – 1 paket
Yumurta sarısı – 2 ədəd
Un – 2 x.q.
Kartof nişastası – 2 x.q.
 

Hazırlanması:
Yumurta sarıları ½ st. şəkər tozu ilə qarışdırılır. Un, nişasta, ½ st. süd tökülür və yenidən mikserdə çalınır.
Qalan süd və şəkər tozu zəif odda qaynayana kimi bişirilir. Üzərinə hazır yumurtalı kütlə tökülür, pudinq kimi olana qədər bişirilir. Sonra bir kənarda saxlanılır.
Kərə yağı mikserdə çalınır, üzərinə hissə-hissə bişirdiyimiz kütlə tökülür, ¾ st. kokos da əlavə edilərək, qarışdırılır. Dairəvi boşqabın və ya formanın içinə kreker peçenyeləri düzülür,  üzərinə bu kütlənin 1/3-i əlavə edilir. Sonra peçeyelərdən 2-ci qat yığılır və yenə qalan kremin yarısı tökülür, 3-cü qat peçenyelər düzülür və qalan kremin hamısı tökülür, yayılır. Ən sonda kremin üzərinə bol kokos qırıntıları səpilir və 2-3 saat soyuducuda saxlanılır.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər