Tərkibi: 1 kq. quzu əti, 1 soğan,4 bibər, 4 pomidor, duru yağ, duz, qara bibər, qırmızı bibər (pul bibər), kimyon. Servis üçün: Lavaş, qarışıq göyərti. Hazırlanması: 1 kq. quzu ətini kub şəkilində doğrayın. Doğradıqdan sonra tavaya duru yağ tökün. Üzərinə 1 kq. quzu ətini əlavə edin. Ətlər sulanıb suyunu çəkəcək. Ətlər suyunu çəkənə qədər bişirməyə davam edin. 1 ədəd soğanı və göyərtini doğrayın (yemək üçün doğradığınız kimi). 4 ədəd pomidoru kub şəkilində və 4 ədəd bibəri isə normal şəkildə doğrayın. Lavaş çörəyini içinə tantuni ətini, ətin üzərinə isə soğan pomidor bibər əlavə edin. Üzərinə duz, qara bibər qırmızı bibər əlavə edib lavaşı sarın.