Rusiyanın “Zenit” (Penza) klubunun baş məşqçisi Sergey Filippenkov yoldaşlıq oyunu zamanı meydançada dünyasını dəyişib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Penza klubunun mətbuat katibi Nikolay Şumilin xəbər yayıb.
Məlumata görə, “Zenita” və “Penzqorstroyzakazçik” arasında keçirilən oyunun sonuna 10 dəqiqə qalmış Filippenkov özünü pis edib və yerə yıxılıb. Hadisə yerinə gələn təcili yardım həkimləri onun həyatını xilas edə bilməyiblər.
Filippenkov Moskva OMİK-də çıxışı ilə yadda qalıb. O, bu klubun heyətində 100 oyun keçirib.