Soyuq şorba Qaspaço

Soyuq şorba Qaspaço

Ərzaqlar:

Pomidor – 700 qr.
Qırmızı bolqar bibəri – 300 qr.
Xiyar – 300 qr.
Ağ çörək – 150 qr.
Sarımsaq –  2diş
Limon suyu – 2 x.q.
Zeytun yağı – 40 ml.
Duz, istiot – qara, qırmızı

 

Hazırlanması:

Ağ çörək dilimlənir. Dilimlərin 2-3 ədədini xırda kub formasında doğrayıb, sobada qızılı rəng alana kimi qurudub kənara qoyursuz. Qalan yumşaq çörək dilimlərini qazana qoyub, üzərinə limon şirəsi sıxırsız.
Pomidorlar isti suya salınıb çıxarılır, qabığı soyulur, orta tikələrə doğranılıb qazandakı çörəyin üzərinə tökülür. 1-2 ədəd pomidoru isə saxlayırsınız ki, şorbanı süfrəyə verəndə lazım olacaq.
Bolqar bibərləri xırda kub formasında doğrayın. Xiyarın da yarısını doğrayıb, qazana əlavə edirsiz, yarısını da doğrayıb süfrəyə verilən müddətə saxlayırsız. Xiyarın qabığı, bibərlərin içi təmizlənməlidir.

Qazana sarımsaqları bütöv atıb, duz, istiot səpib, üzərinə bir neçə qaşıq zeytun yağı gəzdirib, bu qarışığı blenderdə püre halına düşənə kimi qarışdırırsız. Əgər çox bərk alınsa, bir az qaynanmış soyuq su əlavə edə bilərsiz. Dadına baxın, zövqə görə əlavə limon suyu, və ya sirkə qata bilərsiz. Hazır püre şorbanı soyuducuda 20-30 dəqiqə saxlayın. Çünki QASPAÇO yalnız soyuq halda dadlı olur. Soyumuş şorbanı boşqablara çəkin, mərkəzinə suda bişmiş və ya qızardılmış ciyər tikəsi qoyulur və xiyar, pomidor kubları, qurudulmuş ağ çörək səpilir. Süfrəyə dərhal verilməli və isinmədən yeyilməlidir.

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər