Tərkibi: 2 dəstə göy soğan, 2 dəstə keşniş, 2 dəstə şüyüd, 1 dəstə cəfəri, 1 dəstə ispanaq, 6-7 ədəd yumurta, 100 qr qoz ləpəsi, 50 qr kərə yağı, duz/istiot. Hazırlanması: Göyərtilər xırda, çox iri olmamaqla doğranır. Qoz blenderdən keçirilir. Yumurta çalınır və bütün vəsaitlər bura əlavə olunur. Yumşaldılmış kərə yağı da əlavə olunur. Sobanın qabı yağlanır. Qarışıq qaba tökülür və sobada 180 dərəcə temperaturda 15-20 dəqiqə bişirilir.