Sevgilinizi burnunuz seçir

Sevgilinizi burnunuz seçir

Hər zaman yanlış insanlarla qarşılaşdıqlarından şikayət edənlər, ola bilər ki, sadəcə olaraq doğru qoxunu tapmayıblar.

"Bild" qəzetində yer alan məlumata görə, əslində heyvanlarda olduğu kimi insanlar arasında yaxınlıq qoxudan asılıdır. Yəni, sevgili seçimimizi burnumuz edir.

Sonxeber.az-ın xarici mətbuata istinadən məlumatına görə, Ruhr Universitetinin Hüceyrə Fiziologiyası mütəxəssisi Dr. Hanns Hatt sevgili namizədinin genetik olaraq şəxsə uyğun olub-olmadığını, bu münasibətdən dünyaya gələcək uşağın güclü bir immun sistemə malik olub-olmayacağını burunun söylədiyini deyib.

Doğru insanı tapmaq əslində daha çox qadının üzərinə düşür
Prof. Hatt bir qadın üçün doğru sevgilinin nə öz qoxusuyla eyni, nə də çox fərqli bir qoxuya malik olması gərəkdiyini bildirib.

Ətir burunu aldada bilərmi?
Professor Hatt bunun mümkün olmadığını, burundakı 30 min qoxu hüceyrəsinin hər bir ətri ayrıca hiss etmək, fərqləndirmək kimi bir qabiliyyətə malik olduğunu söyləyib.

Bu kateqoriya üzrə digər xəbərlər