Yaponiyalı alimlər möhkəmliyinə görə polad materialı ilə müqayisə oluna bilən sınmayan şüşə hazırlayıb. Yerli KİV yazır ki, materialın tərkibində alüminium oksidin artırılması hesabına belə effekt əldə edilib.
"İtar-tass.com" yazır ki, "biz tezliklə belə unikal şüşənin kütləvi istehsal metodlarını hazırlayacağıq" - sınmayan şüşənin yaradıcılarından biri Tokio Sənaye Elmləri İnstitutunun professoru Asunobu Masuno məlumat verib.
Gözləntilərə görə, sınmayan şüşə 5 il ərzində bazara çıxarılacaq.