FOX TV-də yayımlanan "İnadına aşk" serialı öpüşmə səhnəsinə görə RTÜK (Radio və Televiziya Qurumu) tərəfindən cəza alıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ekran işinin 9-cu seriyasında Defne və Yalın obrazlarının öpüşməsini "heç də məsum deyildi" şəklində qiymətləndirib: "Yeni seriyanın başlanğıcında 30 saniyəlik öpüşmə səhnəsindən sonra reklam verildi. Reklamlardan qayıtdıqdan sonra yenidən 40 saniyə öpüşmə nümayiş olundu. Bu səhnə ssenaridə lazım olduğundan daha ehtiraslı, şəhvətli, vaxt və çəkiliş texnikası baxımından da erotik xarakter daşıyır".
RTÜK "ifrat erotika", "şəhvətli səhnə", "azyaşlılarda cinsi ehtiyacları oyatmaq" ifadələri ilə telekanalı cərimə edib.