Sağlam və gümrah olmaq üçün nə etməliyik?

Sağlam və gümrah olmaq üçün nə etməliyik?

 

Gümrah görünmək ilk növbədə sağlamlıq əlamətidir. Sağlamlığa gedən yol isə sağlam həyat tərzi və düzgün qidalanmadan keçir. Bunları təmin edən qidalardan bəhs edərik.

Qlisemik indeksi aşağı qidalar yeyin

Qan şəkərini sürətli yüksəldən qidalar əvəzinə qlisemik indeksi aşağı qidalara üstünlük verin. Bu, daha sağlam bir seçim olacaq. Qan şəkərini çox sürətli yüksəldib, çox sürətli aşağı salan sadə karbohidratlar yerinə, qara çörək, quru paxlalı və yarma kimi qlisemik indeksi aşağı qidalar yeyin. Qlisemik indeksi aşağı olan qidalar insulin müqavimətini tənzimləyir, ikinci dərəcəli diabet və ürək-damar xəstəlikləri riskini azaldır. Bundan başqa, arıqlamağa da kömək olur.

Piyada yerimə başlayın

Yaz və yay ayları açıq hava piyada gəzmək üçün ən ideal zamandır. Xüsusən də dəniz kənarında gəzmək həm xoşbəxtlik hormonu ifrazını artırır, həm də insan bədənini formaya salır. Açıq havada yağların daha asan parçalandığını və təmiz havanın immunitet sistemini gücləndirdiyini unutmayın. Gündə orta hesabla 45 dəqiqəlik templi gedişlə təxminən 350 kalori yandırmaq mümkündür.

İmmuniteti gücləndirin

1 stəkan kefir, 1 çay qaşığı bal, 1 çay qaşığı zərdəçal, 10 badamı blenderdan keçirin və yemək aralarında yeyin. Beləcə həm tox qalacaq, həm də probiotik və sink sayəsində immunitetinizi gücləndirəcəksiniz.

Yuxu nizamını pozmayın

Gec yatmayın, səhərlər günə erkən başlayın. Gec saatlarda yeməyin. Bu vərdiş kortizol hormonunu azaltdığı üçün arıqlamağı çətinləşdirir. Araşdırmalar sübut edib ki, 00.00-04.00 arasında yuxuda olmaq arıqlamağa kömək olur. Bundan başqa, xoşbəxtlik hormonu da gecə yuxuda ifraz edilir.

Proteinsiz olmaz

İstər səhər yeməyi, istər ara yeməklərdə zülal tərkibi yüksək olan qidalar qəbul edin. Həm özünüzü daha gümrah və tox hiss edərsiniz, həm də maddələr mübadiləsini sürətləndirərsiniz. Səhər yeməyində yumurta, yeməklərdə bir kasa qatıq, ara paylarında çərəzlər (badam, fındıq, qoz) yeyin.

Su için

Su içmək qanımızı təmizləyərək gümrahlıq verir. Masanızda, əlinizin altında, harasa getdikdə mütləq yanınızda su olsun. Turşulu, qazlı və şəkərli içkilərdən uzaq durun. Artan maye ehtiyacınızı qarşılamaq üçün gündə təxminən 2,5-3 litr su için. Suyun içərisinə təzə nanə yarpaqları və limon dilimləri atmaq gözəl ideyadır.

Əvəzedilməz 5 tərəvəz

Lobya və yaşıl tərəvəzlər: əzələ istehsalına kömək olur, yağ yanmasını təmin edir, həzmi nizama salır, piylənmə, xərçəng, ürək xəstəlikləri, yüksək təzyiqlə mübarizə aparır.

Ənginar: Ehtiva etdiyi "ciarin" sayəsində qaraciyər, öd kisəsi, böyrək və bağırsaqların nizamlı işini təmin edir. Damar sərtliyi və ürək xəstəliklərinə qarşı qoruyucudur. Posa və dəmir tərkibi yüksəkdir.

Bamiyə: Yüksək lif faizi sayəsində toxluq hissi yaradır. Tərkibində olan C vitamini, güclü bir immunitet sistemi meydana gətirməyə kömək olur. Stress və depressiyanın qarşısını alır, sinir sisteminə müsbət istiqamətdə təsir edir. Kataraktanın qarşısını alır.

Tərə: Həzm sistemi və xüsusilə bağırsaqlara çox təsirli bir tərəvəzdir. Bağırsaq fəaliyyətinin zəif olması arıqlamağı çətinləşdirir, bağırsaqların sağlam formada işini təmin edir. Tərə beləcə arıqlamağa kömək olur. Bundan başqa, tərə yağ yandıran hüceyrələrin sağlam formada işini dəstəkləyir.

Paxla: Vitamin və zülal baxımından son dərəcə zəngin bu qida B1, B2, B6 və K vitaminləri, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. Paxla həzmi asanlaşdırır, qəbizlik və hemoroidə yaxşı təsir edir. Sidik yollarını təmizləyir, böyrəklərə olduqca faydalıdır.

aile.lent.az

Bu kateqoriya üzrə digər xəbərlər